DIL -
AZ

Şuşa Otel və Konfrans Mərkəzi

MüştəriAzərbaycan Respublikasının İqtisadiyyat NazirliyiYerŞuşaTarix10.05.2023Miqyas2.1ha

 

 

Foglie Dalloro şirkəti, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yerləşən Şuşa Otel-Konqres Mərkəzi layihəsini uğurla həyata keçirib. Kompleksin təməli 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. 2022-ci ildə - “Şuşa İli”ndə Karvansaray konsepti əsas götürülən layihənin inşasına başlanılıb. Foglie Dalloro komandası Azərbaycanın zəngin milli mədəniyyətindən ilhamlanıb.

 

Kompleksin əsas girişini yerli daşlardan yonulmuş çiçək motivli barelyeflər bəzəyir. Komandamız Qarabağın “Bağçada güllər” xalısından ilhamlanmışdır . Harada olmağımızdan asılı olmayaraq, çiçəklər mövzusu bizi hər yerdə əhatə edir - fasadlarda, interyer detallarında, dekorda və aksessuarlarda. Həmçinin daxili məkanda da hər köşədən çiçəklərin təravətli ətri duyulur. Kompleksin şimal və cənub fasadlarının eyvanları 19-cu əsr Şuşa binalarında - Zöhrabbəyovlar ailəsinin, Ü. Hacıbəylinin ev-muzeylərində də istifadə olunmuş, ənənəvi memarlıq elementi olan təbii ağacdan hazırlanmışdır. Qızılı arkalar və onla həmahəng olan məhəccər, pəncərə və daxili çərçivələr bütün fasad ansamblına zəriflik gətirir.

 

Otelin ümumi həlli və qonaq otaqlarının interyeri, Azərbaycan mədəniyyətinin, tarixinin zənginliyini və müxtəlifliyini özündə əks etdirir, hansıki, eyni zamanda postmodernizm elementlərini daşıyır. Kompleksin birinci mərtəbəsİndə qonaqları Foglie Dalloronun eskizlərinə uyğun olaraq təbii ağacdan hazırlanmış, Qarabağ atlarını təsvir edən əl işi panno qarşılayır. Kompozisiya öz gözəlliyi və miqyası ilə heyran edir.

 

Azərbaycanda xalq sənətinin geniş yayılmış növlərindən biri də xalçaçılıqdır. Foglie Dalloro komandası Şuşanın məşhur «Bağçada güllər» xalısından ilhamlanmışdır. Otelin foyesində tavandan asılı olan xalı, beləliklə interyerin əsas sənət əsərinə çevrilmişdir.

 

Hər otel otağının özünəməxsux dizaynı var, və bu özəllik otaqların tavanlarında istifadə olunan Qarabağ xalılarının unikal naxışlarından ibarətdir.

 

Kompleksin memarlıq ansamblı heykəllər, rəsmlər, incəsənət əsərləri və müxtəlif növ bitkilərlə tamamlanır. Kompleks fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Nadir memarlıq həlli ilə diqqəti cəlb edən, dörd mərtəbədən və zirzəmidən ibarət Şuşa Otel-Konqres Mərkəzi Kompleksində 154 otaq, konfrans və ziyafət zalları, restoran, hovuz, SPA, fitnes və digər xidmət bölmələri yaradılıb. 1000-ə yaxın kitabı özündə cəmləşdirən zəngin kitabxana, kompleks üçün xüsusi yer dəyər kəsb edir. Hansı ki, qonaq və ziyarətçilər üçün Türk xalq ədəbiyyatına qərq ola biləcəyi bir məkan təqdim edir.

 

Kompleksdə “Miras Rəsm Qalereyası” tərəfindən Azərbaycanın mədəni irsinə həsr olunan, “Doğma Mədəniyyət Ocağımız” şüarı altında sərgi açılıb. Sərgidə Qarabağdan olan korifey sənətkarlarımızın, eləcə də Azərbaycanın bu bölgəsindən ilham almış rəssamların əsərləri nümayiş olunur.

Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin texniki təchizatı, idarəetmə və enerji təminatı sistemi beynəlxalq standartlara uyğun qurulub. Belə ki, kompleksdə tətbiq olunan müasir idarəetmə panelləri səmərəli fəaliyyəti, təhlükəsizliyi və qonaqların rahatlığını təmin edəcək. Bununla yanaşı, binada ən yüksək texniki normalara uyğun havalandırma sistemləri tətbiq olunub. Kompleksin elektrik enerjisi ilə fasiləsiz və dayanıqlı təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Həmçinin binanın dam örtüyündə yüksək enerji səmərəliliyini təmin edən Günəş enerjisi panelləri də yerləşdirilib ki, bu da “təmiz” enerjiyə keçid istiqamətində görülən işlərin növbəti nümunəsidir.

 

Kompleksin ətrafında mövcud ağaclar qorunmaqla geniş sahə yaşıllaşdırılıb, yeni ağaclar və dekorativ güllər əkilib. Kompleksin həyətində qonaqların rahatlığı və istirahəti üçün rahat bağ salınıb. Burada qapalı və açıq avtomobil dayanacaqları vardır. Şuşa mehmanxana-konqres mərkəzi kompleksi, Şuşa şəhərinin və bütün Azərbaycanın memarlıq abidəsinə çevrilib.

 

Portfolio

Daha çox layihə