2023-cü il yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Respublika Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində əsaslı təmir və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olublar. Əvvəllər “Pionerlər Sarayı” (indiki Respublika Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi) adlanan bina hər bir bakılıya tanış və əzizdir. Fəaliyyəti dövründə müxtəlif ixtisaslar üzrə minlərlə istedadlı gəncin formalaşmasında mühüm rol oynayan saray 2023-cü ildə əsaslı təmir olunub. Saraya ilk səfər Foglie D'alloro komandası üçün xüsusi idi. Biz tarixə qərq olduq, binanın ab-havası və əhval-ruhiyyəsi ilə hopduq.
Layihə üzərində işə başlamazdan əvvəl Foglie D'alloro komandası binanın arxiv fotoşəkillərini araşdırdı. Binanın orijinal üslubunu - Stalin imperiyası üslubunu qorumaq üçün daxili və xarici həllərin detallarına xüsusi diqqət yetirildi. konik mebel elementlərini bərpa etdirərək, tavan bızıkləri lepka qəlibləri yenidən yaradılmış, daxili boyanın orijinal çalarları mütəxəssislər tərəfindən çıxarılmışdır. İşimizdə məqsədimiz həm binanın görkəmini və onun xarakterik elementlərini qorumaq, həm də layihəyə müasir həllər və təzə ideyalar daxil etmək idi.
Uşaq-Gənclər İnkişaf Mərkəzinin binası təhsil və mədəniyyətin inkişafında mühüm rol oynayır, eyni zamanda Azərbaycanın zəngin mədəni irsini əks etdirən əsl tarixi abidədir. Əsas giriş öz gözəlliyi və əzəməti ilə heyran edir. Boyalı tavan lepka qəliblərlə istehsal edilmiş bəzəklər və naxışlarla işlənilmişdir. Öz zərifliyi ilə oyma balustradlar sarayın abu havasını dəyişdirir və ona xüsusi yaraşıq və incəlik verir Ziyarətçilər Azərbaycanın tanınmış rəssamlarının unikal rəsm kolleksiyası ilə tanış ola bilərlər. Oyma qapılar, gips bəzəklər, hündür lampalar binanın interyerini bəzəyir. Azərbaycan şairlərinin büstləri öz növbəsində sarayda zəriflik, mədəniyyət və incəsənət ab-havası yaradır.
İstifadəyə verildikdən sonra mərkəzdə rəqs, musiqi alətləri, vokal, sağlam həyat tərzi, teatr, rəssamlıq, xarici dil, intellektual inkişaf, elm və texnologiya, psixologiya, kulinariya və turizm kimi istiqamətlər üzrə 44 dərnək, o cümlədən eko-klub təşkil edilib. Bu dərnəklərdə 1500-ə qədər tələbə təhsil alacaqdır. Mərkəzdə 20 inzibati, 20 texniki və 65 professor-müəllim heyəti çalışacaq.
Təmir işlərinin yekun nəticəsi Foglie D’alloro komandasının baxışını əks etdirir və biz şadıq ki, Respublika Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi yenidən müasir inkişaf tendensiyalarına uyğun olaraq yeni nəslin inkişafına töhfə verməyə hazırdır.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Şuşada Administrasiya binası
Uşaq-Gənclər İnkişaf Mərkəzi