Əsas giriş yerli daşdan oyulmuş barelyeflərlə bəzədilib. Ümumi ideya Qarabağin xalçası “Bağçada güllər” kompozisiyasından irəli gəlir. Harada olmağımızdan asılı olmayaraq, çiçəklər mövzusu bizi hər yerdə əhatə edir - fasadlarda, interyer detallarında, dekorda və aksessuarlarda.