Əsas giriş öz gözəlliyi və əzəməti ilə heyran edir. Boyalı tavan lepka qəliblərlə istehsal edilmiş bəzəklər və naxışlarla işlənilmişdir. Öz zərifliyi ilə oyma balustradlar sarayın abu havasını dəyişdirir və ona xüsusi yaraşıq və incəlik verir Ziyarətçilər Azərbaycanın tanınmış rəssamlarının unikal rəsm kolleksiyası ilə tanış ola bilərlər. Oyma qapılar, gips bəzəklər, hündür lampalar binanın interyerini bəzəyir. Azərbaycan şairlərinin büstləri öz növbəsində sarayda zəriflik, mədəniyyət və incəsənət ab-havası yaradır.